“Qalatasaray”ın futbolçusu Rayan Babel rekorda imza atıb | |
Niderland millisinin və “Qalatasaray”ın futbolçusu Rayan Babel rekorda imza atıb. 34 yaşlı hücumçu buna 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin 2-ci turunda Latviya ilə matçda (2:0) nail olub. 2005-ci ildə Rumıniya ilə qarşılaşmada yığmada debütünü edən oyunçu Latviya ilə görüşdə iştirak etməklə komandada ən uzun müddət (16 il) çıxış edən futbolçu adını qazanıb. O, Mik Klavanın rekordunu qırıb. Qeyd edək ki, R.Babel cari mövsümdə Superliqada keçirdiyi 28 matçda 4 qol vurub və 5 qolun ötürməsini edib. |
|
Xəbər 463 dəfə oxundu. |
|
|