"Azərbaycanlılar “Lex”lə oyunda bəzi psixoloji vasitələrdən istifadə edə bilər" | |
“Azərbaycanlılar “Lex”lə oyunda bəzi psixoloji vasitələrdən istifadə edə bilər. Ancaq əlbəttə, komandamız rəqibini yaxşı tanıyır. “Lex”in “Xəzər Lənkəran”ı keçib, III mərhələyə çıxmağı vəzifəsidir”. İdman.com.az saytının məlumatına görə, bu fikirləri polşalı jurnalist Hanna Urbaniyak deyib. Onun sözlərinə görə, Polşanın “Lex” klubu Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la cavab oyununda daha şanslıdır: “Ancaq sözsüz ki, asan oyun gözləməyin. Ancaq fikrimcə, “Lex” elə də problem olmadan növbəti mərhələyə çıxacaq. “Xəzər Lənkəran” ilk dəqiqələrdən qol vurmaq üçün irəli atılacaq. Çünki evdə 1:1 hesablı heç-heçə etdiyindən, səfərdə qolsuz bərabərlik ona heç nə vermir. Buna görə də rəqib Lənkəranda olduğu kimi, ilk dəqiqələrdən xoşbəxtliyini rəqib qapısı qarşısına axtaracaq. “Lex” səfərdə erkən qol buraxdığından, bundan nəticə çıxardıb və ikinci dəfə belə səhv etməyəcək”. bu xəbər 32 dəfə oxunub |
|
Xəbər 1118 dəfə oxundu. |
|
|