“Lex” klubu “Xəzər Lənkəran”la oyununun iştirak ərizəsinə daxil edəcək futbolçuları müəyyənləşdirib | |
Polşanın “Lex” klubu Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”la bugünkü ev oyununun iştirak ərizəsinə daxil edəcək futbolçuları müəyyənləşdirib. İdman.com.az saytının məlumatına görə, Lənkəranda 1:1 hesabı ilə nəticələnən ilk oyunla müqayisədə 18 nəfərlik protokolda yeganə dəyişiklik Sizmon Drevnyakın yoxluğudur. Poznanlıların yarımmüdafiəçisi səfər oyununun sonunda qırmızı vərəqə aldığına görə cəzalıdır və avtomatik bugünkü matçı buraxmalıdır. Onun əvəzinə Lukaş Tralka heyətdə yer alacaq. Dayaq yarımmüdafiəçisinin zədəsini sağaltdığı və 3 həftəlik fasilədən sonra məşqçilər korpusunun onun xidmətindən istifadə edə biləcəyi deyilir. “Lex”in 3-cü qapıçısı Aleksander Vandzel Lənkəranda olduğu kimi, Poznanda da oyunu tribunadan izləyəcək. Qapıçılar: Yasmin Buriç, Kriştof Kotorovski, Aleksander Vandzel Müdafiəçilər: İvan Curceviç, Tomaş Kedziora, Manuel Arboleda, Hubert Volakiyeviç, Luis Enrike, Marçin Kaminski Yarımmüdafiəçilər: Metyu Mozdzen, Yatsek Kleyb, Qerqo Lovrenksiks, Rafal Muravski, Lukaş Tralka, Aleksandar Tonev, Bartoş Berezinski, Yakub Vilk Hücumçular: Vojo Ubiparip, Bartoş Şlusarksi |
|
Xəbər 1293 dəfə oxundu. |
|
|