Cənubi afrikalı milyarder Afrika Futbol Konfederasiyasının prezidenti seçilib
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) himayəsi ilə keçirilən seçkilərdə Cənubi Afrikadan olan milyarder Patrise Motsepe Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti seçilib.

CAF-ın yeni rəhbəri bu vəzifəni ötən ilin noyabrında FIFA-nın vəzifəsindən kənarlaşdırdığı madaqaskarlı Əhməd Əhməddən təhvil alıb. Mavritaniya nümayəndəsi Əhməd Yəhya konfederasiyanın birinci vitse-prezidenti, seneqallı Auqistin Senyor isə vitse-prezidenti seçiliblər.

CAF-ın keçmiş prezidentinin yol verdiyi ciddi nöqsanlara diqqəti çəkən FIFA prezidenti Canni İnfantino bildirib ki, Afrika futbolunun geniş potensialı var və yeni rəhbərlik bu imkanlardan səmərəli istifadə etməlidir. O əlavə edib ki, Afrika Futbol Konfederasiyasında olan nöqsanları araşdırmaq üçün FIFA-nın baş katibi Fatma Samura altı aylıq müddətə Qahirəyə ezam edilib.
“Forbes” jurnalının versiyasına görə, Afrika futbolunun yeni rəhbəri Motsepenin 2,9 milyard dollar sərvəti var.

Xəbər 438 dəfə oxundu.