“Neftçi” klubunun “Hapoel”i ilə ilk qarşılaşmasının da başlama vaxtına aydınlıq gəlib | |
Çempionlar Liqasının III təsnifat mərhələsinin bəzi oyunlarının vaxtı dəqiqləşib. İdman.com.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunun İsrail “Hapoel”i ilə ilk qarşılaşmasının da başlama vaxtına aydınlıq gəlib. Kiryat-Şimona təmsilçisi ilə Hayfada keçiriləcək matç avqustun 1-də baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matç “İtztadion Kiryat Eliezer” stadionunda baş tutacaq. |
|
Xəbər 993 dəfə oxundu. |
|
|