Olimpiya komandalarının əksəriyyəti koronavirusa qarşı peyvənd edilib | |
Olimpiya komandalarının əksəriyyəti 2021-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunları ərəfəsində koronavirusa qarşı peyvənd edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax mətbuat konfransında məlumat verib. O qeyd edib ki, bu gün Olimpiya komandalarının əhəmiyyətli bir hissəsi milli peyvənd proqramlarına uyğun olaraq vaksinasiyadan keçiblər. Digər komandalar da məsələ ilə bağlı dövlət qurumlarından öhdəlik alıb, bu mövzuda müsbət istiqamətdə danışıqlar aparılır. “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə bu yarışlar cari il iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək baş tutacaq. |
|
Xəbər 445 dəfə oxundu. |
|
|