Cüdoçularımız Özbəkistanda təlim-məşq toplanışına qatılıblar
Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasını üzvləri qarşıdakı beynəlxalq yarışlara hazırlıq çərçivəsində Özbəkistanda təlim-məşq toplanışı keçirlər.

Daşkənddə təşkil olunan beynəlxalq təlim-məşq toplanışında aparıcı cüdoçularımız iştirak edirlər. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, Özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıblar.

Qeyd edək ki, cüdoçularımız mart-aprel aylarında Tbilisi və Antalyada təşkil olunacaq "Böyük Dəbilqə" yarışında, eləcə də, Portuqaliyada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.

Xəbər 472 dəfə oxundu.