2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər
UEFA-nın 2008-13-cü illəri əhatə edən reytinq siyahısında dəyişikliklər olub. İdman.com.az saytının məlumatına görə, 2012/13 mövsümünün Çempionlar Liqasının II təsnifat mərhələsinin baş tutan cavab oyunlarından sonra UEFA ölkələri xal hesablarını dəyişə bilib.

Son 5 mövsümü əhatə edən reytinqə Azərbaycan da hesabına daha 0,125 xal əlavə edib. Bu, “Neftçi”nin “Zestafoni” ilə Gürcüstanda heç-heçə etməsi sayəsində mümkün olub. Bakılıların qələbə qazana bilməməsi ölkəmizin Moldova ilə şərikliyinə son qoyub. Belə ki, moldovalılar “Şerif”in qələbəsi sayəsində 34-cü yerin vahid sahibi olub.

Bununla da cari mövsüm yığılan xallarımızın sayı 1,625-ə çatdı. Bunun ən böyük hissəsi – 0,675-i “İnter”ın payına düşür. “Xəzər Lənkəran” 0,500, “Neftçi” 0,375, “Bakı” isə cəmi 0,125 xal qazanıb.

Xəbər 1078 dəfə oxundu.