“Beşiktaş” qələbə qazanaraq liderliyə yüksəlib | |
Martın 6-da futbol üzrə Türkiyə çempionatının XXIX turunun birinci qarşılaşmasında “Beşiktaş” doğma meydanda “Qaziantep”i qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçiləri rəqiblərini 2:1 hesabı ilə məğlub ediblər. “Beşiktaş”ın qollarının hər ikisini Vinsent Aboubakar vurub. Qonaq komandanın heyətində isə Nouha Dicka fərqlənib. Günün digər matçında “Dənizlispor” öz meydanında “Yeni Malatyaspor”u 3:2 hesabı ilə udub. Turun digər matçları isə martın 7 və 8-də keçiriləcək. Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 57 xala malik olan “Qalatasaray”, üçüncü pillədə isə 55 xal toplayan “Fənərbağça” qərarlaşıb. |
|
Xəbər 534 dəfə oxundu. |
|
|