Devid Bekhem London Olimpiadasının açılış mərasimində iştirak edəcək | |
İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem London Olimpiadasının açılış mərasimində iştirak edəcək. İdman.com.az saytının məlumatına görə, bu haqda 37 yaşlı yarımmüdafiəçisinin özü məlumat verib. ABŞ-ın “Loc-Anceles Qelaksi” klubunda oynayan veteran oyunçu Böyük Britaniya yığmasının Olimpiadadakı futbol turnirinə yollanan heyətinə daxil edilməmişdi. İndi Bekhem vətənindəki tarixi hadisədə fərqli ampluada iştirak edəcək: “Mən həqiqətən bu gözəl mərasimdə iştirak edəcəyəm. Mənə təqdim olunan rolla fəxr edirəm”. Qeyd edək ki, Olimpiadanın açılış mərasimi iyulun 27-də keçiriləcək. |
|
Xəbər 1409 dəfə oxundu. |
|
|