Cüdoçularımız “Böyük dəbilqə” turnirinin birinci gününü medalsız başa vurublar | |
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirinin birinci gününü medalsız başa vurublar. Medal şansı olan Kəramət Hüseynov (60 kq) bürünc medal uğrunda mübarizədə Fransa təmsilçisi Luka Mxeidzeyə uduzaraq beşinci yerlə kifayətlənməli olub. Beləliklə, cüdoçularımız yarışın birinci günündə medal qazana bilməyiblər. Martın 7-dək davam edəcək turnirdə Azərbaycanı ümumilikdə 12 cüdoçu təmsil edir. Yarışda ümumilikdə 71 ölkədən 500-ə yaxın cüdoçu mübarizə aparır. |
|
Xəbər 597 dəfə oxundu. |
|
|