Elnur Məmmədli: "Əsas məqsədim qızıl medal qazanmaqdır”
“London Olimpiadasında böyük ümidlərlə yollanıram. Əsas məqsədim qızıl medal qazanmaqdır”. İdman.com.az saytının məlumatına görə, bu fikirləri azərbaycanlı olimpiya çempionu Elnur Məmmədli deyib. Azərbaycanın London Olimpiadasında bayraqdarı olacaq 24 yaşlı cüdoçu 4 il öncə Pekində keçirilən turnirdə qələbəni bayram etdi.

İngiltərəyə də iddialı yollanan Elnur həmin uğurunu təkrarlamaq əzmindədir: “Bu gün bizim üçün gözəl bir gündür. Olimpiyaçılarımız Londona yollanır və belə şənlik var. Əsas məqsədim yenidən olimpiya çempionu olmaqdır. Arzum budur ki, biz Olimpiadadan qayıdanda da belə sevinc olsun və bu cür yüksək səviyyədə qarşılanaq. Bunun üçünsə Londondan uğurla qayıtmalıyıq”.

Xəbər 1285 dəfə oxundu.