Beynəlxalq Triatlon Birliyi yeni mövsümün təqvimini açıqlayıb | |
Beynəlxalq Triatlon Birliyi (BTİ) yeni mövsümün təqvimini açıqlayıb. Mövsüm mayın 8-9-da Osakada (Yaponiya) keçiriləcək dünya kuboku ilə açılacaq. Cari ildə, ümumilikdə, 9 turnirin təşkili planlaşdırılır. Dünya triatlon seriyasına gəlincə, ilk mərhələ mayın 15-də Yokohamada (Yaponiya) baş tutacaq. Xatırladaq ki, əvvəllər qurumun İcraiyyə Komitəsi Olimpiya seçmə yarışlarının mayın 1-dən sonra davam etdirilməsinə qərar verib. |
|
Xəbər 458 dəfə oxundu. |
|
|