“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi ukraynalı yarımmüdafiəçi Dmitro Klotsla anlaşıb.

İyirmi dörd yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. O, “Sabah”da 48 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2020-ci ildə “Keşlə”də oynayan Dmitro Klots 2014-2020-ci illərdə ölkəsində “Karpatı” (Lvov) komandasının şərəfini qoruyub.

Xəbər 437 dəfə oxundu.