Formula 1-in yeni mövsümü Bəhreyndə ardıcıl iki yarışla başlaya bilər | |
Formula 1 üzrə dünya çempionatının 2021-ci il mövsümü Bəhreyndə ardıcıl iki yarışla başlaya bilər. Buna Portuqaliyada koronavirusa yoluxanların sayında kəskin artım səbəb ola bilər. Belə olan halda Portuqaliya Qran-Prisinin təxirə salınma ehtimalı böyükdür. Portuqaliyada Formula 1 yarışı təxirə salınarsa, dünya çempionatının yeni mövsümü əvvəlcədən planlaşdırıldığı kimi martın 28-də Bəhreyndəki “Sahir” avtodromunda start götürəcək. Avtodrom ardıcıl iki yarışa ev sahibliyi edə bilər. Ötən il olduğu kimi bu ildə birinci yarış əsas trasda, növbəti isə dəyişdirilmiş konfiqurasiya üzrə təşkil olunacaq. İkinci yürüşün aprelin 4-də keçirilməsi planlaşdırılır. Portuqaliya Qran-Prisi təxirə salınacağı təqdirdə, İtaliyada keçiriləcək Emili-Romani Qran-Prisi əvvəlcədən nəzərdə tutulduğundan bir həftə sonra – aprelin 25-də təşkil olunacaq. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında keçiriləcək. |
|
Xəbər 556 dəfə oxundu. |
|
|