Canluici Buffon karyerasında 1100-cü oyununu keçirib
Futbol üzrə İtaliya kubokunun ilk yarımfinal qarşılaşması Canluici Buffonun peşəkar karyerasında 1100-cü olub.

43 yaşlı qolkiper “Yuventus”da 679, “Parma”da 220, İtaliya millisində 176, PSJ-də 25 oyuna çıxıb.

Yubiley qarşılaşmasında Buffonun “Yuventus”u bir neçə dəfə real qoldan xilas etdiyini qeyd etmək lazımdır.

Daha əvvəl “Yuventus”un əfsanə futbolçu üçün yeni müqavilə hazırladığı bildirilib.

Xəbər 671 dəfə oxundu.