“Zirə”nin sabiq futbolçusu karyerasını Ukraynada davam etdirə bilər
Qış fasiləsindən əvvəl “Zirə”dən ayrılan Rəşad Eyyubov karyerasını Ukraynada davam etdirə bilər.

Millimizin sabiq üzvü hazıda menecerləri vasitəsilə bu ölkənin bir neçə klubu ilə danışıqlar aparır. Əgər hansısa klubla razılıq əldə olunsa, R.Eyyubov qış transfer pəncərəsi bağlananadək ölkə xaricinə yollanacaq.

Xatırladaq ki, R.Eyyubov bu mövsümün əvvəlində “Sabah”dan ayrılaraq “Zirə”yə transfer olunmuşdu.

Xəbər 437 dəfə oxundu.