Millimizin sabiq futbolçusu İngiltərədə klubunu dəyişib | |
Azərbaycanın U-19 millisinin sabiq üzvü Serhat Taşdemirin yeni klubu bəlli olub. İngiltərə klubu “Piterboro”da forma geyinən 21 yaşlı yarımmüdafiəçi “Oldhem” klubuna keçib. Taşdemir mövsümün sonunadək icarə əsasında 2-ci liqa təmsilçisində çıxış edəcək. “Oldhem” hazırda turnir cədvəlində 35 xalla 24 komanda arasında 12-cidir. Qeyd edək ki, Serhat Taşdemir 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasında 3 oyuna 3 qol vurub. |
|
Xəbər 453 dəfə oxundu. |
|
|