“Zirə”nin sabiq hücumçusu Braziliya klubu ilə müqavilə imzalayıb | |
Bakının “Zirə” klubundan ayrılan braziliyalı futbolçu Kayo Rangelin yeni komandası müəyyənləşib. 25 yaşlı hücumçu karyerasını ölkəsində davam etdirəcək. O, “Santo Andre” klubu ilə bir mövsümlük müqavilə imzalayıb. Qeyd edək ki, “Zirə” 2020/2021 mövsümünün əvvəlində Kayo Rangellə 1+1 illik müqavilə imzalamışdı. Klub 2020-ci il dekabrın 16-da oyunçu ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib. |
|
Xəbər 400 dəfə oxundu. |
|
|