Futbolçumuzun çıxış etdiyi “Albasete” klubu Sequndada növbəti qələbəsini qazanıb | |
İspaniya İkinci Liqasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilir. Futbolçumuz Eddi İsrafilovun çıxış etdiyi “Albasete” komandası səfərdə “Alkorkon”a 2:1 hesabı ilə qalib gəlib. E.İsrafilov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 30-cu dəqiqədə komandasının ilk qolunu vurub. “Albasete” Sequndanın turnir cədvəlində 21 xalla 22 komanda arasında 19-cu pillədə qərarlaşıb. |
|
Xəbər 425 dəfə oxundu. |
|
|