“Zirə” Azərbaycan kubokunda onuncu qələbəsini qazanıb | |
Bakının “Zirə” futbol klubu Azərbaycan kubokunda 10-cu qələbəsini qazanıb. Bu, səkkizdəbir finalın “Qaradağ Lökbatan”la matçına təsadüf edib. Turnirdə 18-ci oyununu keçirən “qartallar” yubiley qələbəsini 4 cavabsız qolla qazanıblar. Qəsəbə təmsilçisi kubokda beşinci dəfə səfərdə qalib gəlib. “Zirə” ölkə kubokunda ilk böyükhesablı səfər qələbəsini qazanıb. Ümumilikdə isə bu, 3-cü belə nəticə olub. 2017/2018-ci il mövsümündə “Xəzər”i üç, 2019/2020-ci il mövsümündə “Qaradağ Lökbatan”ı dörd cavabsız qolla məğlubiyyətə uğradan “qartallar” hər iki rəqibini evdə yenib. Komanda həm də özünün kubokda ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. 2019-cu il dekabrın 4-də evdə “Qaradağ Lökbatan”ın qapısından 4 cavabsız top keçirən “Zirə” bu dəfə eyni rəqibi səfərdə həmin hesabla üstələyib. Oyunda vurulan ikinci top klub tarixinə kubokdakı 25-ci qol kimi düşüb. Yubiley qoluna Davit Volkov imza atıb. |
|
Xəbər 340 dəfə oxundu. |
|
|