Türkiyə Super Liqası: “Fənərbağça” böyük hesabla qələbə qazanıb
Türkiyə Super Liqasında XXI tura yekun vurulub.

Son gündə 3 oyun keçirilib.

Təhlükəli zonadan uzaqlaşmağa çalışan “Kasımpaşa” ilə “Sivasspor”un duelindən birincilər qalib ayrılıb.

“Alanyaspor”-“Ankaragücü” görüşü bol qollu alınıb. Qonaqlar iki top fərqi ilə önə keçsə də, Alanya təmsilçisi əzmkar qələbəyə sevinib.
Çempionluğa iddia edən “Fənərbağça” doğma arenasında autsayderlərdən olan “Kayserispor”u böyük hesabla məğlub edib.

Xəbər 380 dəfə oxundu.