Yaponiyanın Azərbaycandakı səfirliyi “Tokio-2020” ilə bağlı yayılan məlumatlara dair bəyanat yayıb | |
Yaponiyanın Azərbaycandakı səfirliyi “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının guya ləğv edilməsinin qərarlaşdırılması ilə bağlı məlumatlarla əlaqədar bəyanat yayıb. Yaponiya hökumətinin “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının ləğv olunmasını qərarlaşdırması haqqında yayılan məlumatlar doğru deyil. Ötən ilin iyulunda Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında bu il iyulun 23-də keçiriləcək açılış mərasimindən başlayaraq, Oyunların cədvəli və məkanların siyahısı qərarlaşdırılıb. Hazırda əlaqədar şəxslər bu yay Oyunların uğurlu şəkildə baş tutması üçün birgə çalışaraq hazırlıqlar görməkdədirlər. “Yaponiya Hökuməti olaraq, yeni növ koronavirusa (COVID-19) qarşı bütün lazımi tədbirləri həyata keçirərək, Beynəlxalq Olimpiya Komitəsi, “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi və Tokio meriyası ilə birgə təhlükəsiz və uğurlu Oyunlar üçün hazırlıqlara davam edəcəyik”, - deyə bəyanatda bildirilib. |
|
Xəbər 445 dəfə oxundu. |
|
|