Azərbaycanlı hakim-inspektor futzal üzrə Avropa çempionatının seçmə mərhələsində iki oyuna təyinat alıb | |
Azərbaycanlı hakim-inspektor Elçin Səmədli futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb. O, futzal üzrə “Avro-2022”nin seçmə qrup mərhələsi çərçivəsində Rusiya – Ermənistan və Serbiya - Bosniya və Herseqovina oyunlarının hakim-inspektoru olacaq. Qeyd edək ki, Rusiya - Ermənistan oyunu yanvarın 29-da, Serbiya - Bosniya və Herseqovina matçı isə fevralın 3-də də keçiriləcək. |
|
Xəbər 415 dəfə oxundu. |
|
|