Robert Levandovski yeni rekorda imza atıb | |
“Bavariya”nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb. 32 yaşlı hücumçu Bundesliqanın birinci dövrəsində vurduğu qolların sayını 22-yə çatdırıb. Bu isə çempionat üçün rekord hesab edilir. İndiyədək ən yüksək göstərici Herd Müllerə məxsus idi. O, 1968/1969-cu il mövsümünün birinci dövrəsində 20 qol vurub. |
|
Xəbər 418 dəfə oxundu. |
|
|