Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlində 13-cü pillədə qərarlaşıb | |
Futzal üzrə milli komandaların dünya reytinqi açıqlanıb. Azərbaycan yığması planetin 13-cü komandasıdır. Joze Alesionun yetirmələrinin hesabında 1407 xal var. Millimiz 12-ci olan Ukraynadan cəmi 35 xal geri qalır. Azərbaycan yığması UEFA-ya üzv ölkələr arasında 8-cidir. Həm dünyanın, həm Avropanın ən yaxşısı isə İspaniyadır. Pireneylilər ilk “üçlük”də yer alan Braziliya və Argentinanı qabaqlayırlar. |
|
Xəbər 422 dəfə oxundu. |
|
|