“Zirə” heyətinə yeni müdafiəçi cəlb edib | |
Bakının “Zirə” klubu yeni futbolçu ilə müqavilə bağlayıb. Komanda Nemanya Andelkoviçlə anlaşıb. İyirmi üç yaşlı serbiyalı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. Qeyd edək ki, N.Andelkoviç daha əvvəl ölkəsində “Radnik”, “Metalaç”, “Yavor”, “Pivara” və “Zlatibor” klublarında çıxış edib. |
|
Xəbər 412 dəfə oxundu. |
|
|