Yığmamızın məşqçisi Rusiya klubu ilə müqavilə imzalayıb
Rusiyanın MOİK futbol komandasının qapıçılarla iş üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin olunub.

46 yaşlı mütəxəssis kollektivlə birgə İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.

Kramarenko yeni vəzifədə Sergey Ovçinnikovu əvəzləyib. Ovçinnikov 2020-ci il dekabrın sonlarında digər məşqçi Viktor Onopko ilə birgə “hərbçilər”i tərk edib.

Qeyd edək ki, D.Kramarenko 2002-2003-cü illərdə MOİK-in formasını geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi çalışıb. Mərhum qapıçı Sergey Kramarenkonun oğlu "Neftçi", "Karvan", "Xəzər Lənkəran", "İnter" və "Simurq"dan əlavə, Azərbaycan millisinin də formasını geyinib.

Xəbər 463 dəfə oxundu.