“Pekin-2022”nin “Olimpiya kəndi” bu ilin iyununda hazır olacaq
“Pekin-2022” Qış Olimpiya Oyunlarının iştirakçılarının yaşayacağı “Olimpiya kəndi” bu ilin iyununda hazır olacaq.

Bu barədə “Pekin-2022”nin təşkilat komitəsi məlumat yayıb.

Qeyd edilib ki, yarışların keçiriləcəyi bir sıra əsas obyektlərdə artıq tikinti işləri başa çatıb.

2020-ci ilin nəticələrini yekunlaşdıran Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının rəhbəri Xuan Antonio Samaranç “Pekin-2022” təşkilat komitəsinin əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib. O qeyd edib ki, koronavirus pandemiyası və sınaq yarışlarının ləğvinin yaratdığı çətinliklərə baxmayaraq, yarışların keçiriləcəyi 12 idman obyekti artıq tam hazırdır. Təxminən bir milyon insan 2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarında könüllü olaraq işləmək istəyini dilə gətirib.

Xəbər 455 dəfə oxundu.