Romelu Lukaku xaricdə oynayan ən yaxşı belçikalı futbolçu seçilib
“İnter” klubunun hücumçusu Romelu Lukaku xaricdə oynayan ən yaxşı belçikalı futbolçu seçilib.

Bu barədə o, özünün “Twitter” səhifəsində məlumat verib. İyirmi yeddi yaşlı futbolçu İtaliya klubundakı və millidəki komanda yoldaşlarına, baş məşqçilərinə təşəkkür edib.

Lukaku səsvermədə “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne və “Real”ın qapıçısı Tibo Kurtuanı qabaqlayıb.

Qeyd edək ki, Lukaku bu mövsüm İtaliya A seriyasında 16 oyunda 12 qol vurub və 3 qolun ötürməsini edib.

Xəbər 505 dəfə oxundu.