Yeni mövsüm ərəfəsində Formula 1 komandalarının test yarışları Bəhreyndə təşkil olunacaq | |
Yeni mövsüm ərəfəsində Formula 1 komandaları test yarışlarını Bəhreyndə keçirəcəklər. Bu barədə Beynəlxalq Avtoidman Federasiyası və Formula 1 rəhbərliyi qərar qəbul edib. Plana əsasən, komandalar martın 12-dən 14-dək Sahir trasında öz bolidlərini baxışdan keçirəcəklər. İki həftədən sonra Bəhreyn Qran-Prisi ilə yeni mövsümə start veriləcək. Xatırladaq ki, Bəhreynə qədər test yarışlarının “Barselona”da keçiriləcəyi planlaşdırılırdı. |
|
Xəbər 418 dəfə oxundu. |
|
|