"Keşlə" klubu malili futbolçu ilə müqavilə imzalayıb
Bakının "Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi malili yarımmüdafiəçi Sadio Tounkaranı transfer edib. İyirmi doqquz yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb. O, cari mövsümün sonunadək "Keşlə"nin formasını geyinəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanda "Xəzər Lənkəran", AZAL, "Zirə" klublarında çıxış etmiş S.Tounkara Kiprdə "EN Paralimniou" və Estoniyada "Narva Trans"ın şərəfini qoruyub.

Xəbər 470 dəfə oxundu.