Barselonanın Formula 1 ilə müqaviləsinin müddəti uzadılıb | |
Barselonanın 2021-ci il mövsümündə Qran-Prinin təşkili üçün Formula 1 ilə müqaviləsinin müddəti uzadılıb. Bu barədə Barselona avtodromunun mətbuat xidməti məlumat yayıb. Bununla da, mayın 7-9-da keçiriləcək yarışla Barselona 65-ci İspaniya Qran-Prisinə ev sahibliyi edəcək. İmzalanmış müqavilə uzunmüddətlidir və 2021-ci ildən sonrakı dövrü də əhatə edəcək. Müqavilənin müddətinin uzadılmasında əsas amillərdən biri də Fernando Alonsonun Formula 1-ə qayıdışı və Karlos Saynsın “Ferrari”yə transferi hesab olunur. Xatırladaq ki, ötən mövsüm koronavirus pandemiyasına görə ləğv edilən Azərbaycan Qran-Prisinin bu ilin planına əsasən, iyunun 6-da keçiriləcəyi nəzərdə tutulub. |
|
Xəbər 468 dəfə oxundu. |
|
|