Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün yenilik | |
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) “İdman menecmenti və kommunikasiya”, “Məşqçilik”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində daha bir yenilik edib. Belə ki, qısa müddət ərzində İdman Akademiyasının nəzdində fəaliyyət göstərən Multimedia mərkəzində (Tədris studiyası) tədris olunan fənlər üzrə video dərslər hazırlanaraq tələbələrin istifadəsinə verilib. Bütün kafedralar üzrə professor-müəllim heyəti tərəfindən keçirilən dərslərdə toxunulan əsas mövzular üzrə mühazirələr slayd şəklində təqdim olunub. Artıq 70-dən çox videodərs hazırlanaraq Akademiyanın rəsmi Youtube kanalına hissə-hissə yüklənilir. Bununla da, mövcud karantin şərtləri ilə əlaqədar olaraq, tələbələr onlayn dərslərdə iştirak edərək yeni biliklərə yiyələnə bilirlər. Qeyd edək ki, bu resurslardan Akademiyanın tələbələri ilə yanaşı, idman ixtisasını seçən, idman sahəsində biliklərini artırmaq istəyənlər də rahatlıqla istifadə edə bilərlər. |
|
Xəbər 502 dəfə oxundu. |
|
|