Xorvatiyalı mütəxəssis Slaven Biliç Çin klubu ilə müqavilə imzalayıb | |
Futbol üzrə Xorvatiya millisinin və Türkiyənin “Beşiktaş” klubunun sabiq baş məşqçisi Slaven Biliçin yeni komandası müəyyənləşib. 53 yaşlı mütəxəssis karyerasını Çində davam etdirəcək. Xorvatiyalı baş məşqçi “Beytszin Qoan” klubu ilə ikiillik müqavilə imzalayıb. S.Biliç son olaraq İngiltərənin “Vest Bromviç” klubuna rəhbərlik edib. O, dekabrın 26-da uğursuz nəticələrə görə istefaya göndərilib. Qeyd edək ki, mütəxəssis daha əvvəl İngiltərədə “Vest Hem” və Rusiyada “Lokomotiv” (Moskva) komandalarının da baş məşqçisi olub. |
|
Xəbər 429 dəfə oxundu. |
|
|