“Zestafoni” “Neftçi” klubunun tarixinə düşüb
Çempionlar Liqasının II təsnifat mərhələsinin Gürcüstan çempionu “Zestafoni” ilə oyunu Bakının “Neftçi” klubunun tarixinə düşüb. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 75 illik tarixində ilk dəfə avrokuboklarda böyükhesablı qələbəyə sevinib.

3:0 hesablı qələbə qazanan “Neftçi” SSRİ dövründə avrokuboklara, müstəqillik dönəmində isə belə inamlı qələbəyə həsrət qalmışdı. Lakin Tərlan Əhmədovun meydana çıxardığı komanda bu mənada ilkə imza atdı.

Özü üçün ilk müəllifi olan “Neftçi” avrokuboklarad böyükhesablı qələbə qazanan 4-cü Azərbaycan klubu oldu. Belə ki, bu matçadək əldə olunan 5 qələbəyə 3 komanda nail olmuşdu. “Qarabağ” 3, “Şəmkir” və “İnter” 1 dəfə belə nailiyyətə sevinmişdi.

Bu qələbələrdən 4-ü Avropa Liqasında qeydə alınıbsa “Neftçi” ÇL-də darmadağın rəsmiləşdirən 2-ci komanda oldu. Bunadək yalnız “Şəmkir” eyni uğurun müəllifi olmuşdu. Düzdür, onlar “Skonto” ilə oyunun yalnız əlavə vaxtında hesabdakı fərqi 3-ə çatdırmışdı.

Avrokuboklardakı böyükhesablı qələbələrimiz

02.08.2000 “Şəmkir” – “Skonto” (Latviya) - 4:1
01.07.2009 “Qarabağ” – “Metallurq” (Makedoniya) – 4:1
30.06.2011 “Banqa” (Litva) – “Qarabağ” – 0:4
06.07.2011 “Qarabağ” – “Banqa” (Litva) – 3:0
05.07.2012 “Trans” (Estoniya) – “İnter” – 0:5
17.07.2012 “Neftçi” – “Zestafoni” (Gürcüstan) – 3:0

Xəbər 1253 dəfə oxundu.