Nicat Qurbanov karyerasını Azərbaycanda davam etdirə bilər
Azərbaycan futbolçusu Nicat Qurbanov Gürcüstanın “Samtrediya” klubundan ayrılıb.

Klubun mətbuat xidməti futbolçunun yeni komandasının “Keşlə” olacağını bildirib.

Azərbaycan klubu hələ ki, transferi rəsmən açıqlamayıb.

Xatırladaq ki, N.Qurbanov 2019-cu ildən “Samtrediya”da çıxış edirdi.

Xəbər 419 dəfə oxundu.