“Neftçi” klubu təlim-məşq toplanışına start verib
Bakının “Neftçi” futbol klubu təlim-məşq toplanışına start verib.

Komandanın üzvləri yanvarın 4-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıblar.

“Neftçi TV” vasitəsilə canlı yayımlanan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Bakı təmsilçisi təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirəcək. Komanda yanvarın 10-da “Qəbələ”, dörd gün sonra isə “Keşlə” ilə qarşılaşacaq.

Hazırlıq prosesi yanvarın 21-dək davam edəcək.

Xəbər 406 dəfə oxundu.