Leninqrad vilayətində Formula 1 yarışının keçirilməsi planlaşdırılır | |
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko vilayətdə Formula 1 yarışının keçiriləcəyinə ümid etdiyini bildirib. İnterfaks agentliyinə müsahibə verən A.Drozdenko Leninqradda Formula 1-in təşkili üçün tikinti, texniki və təşkilati işlər də daxil olmaqla, bir sıra tədbirlər həyata keçirməli olduqlarını bildirib. Bu yaxınlarda “İgor Drive” avtodromu Formula 1 dünya çempionatının mərhələlərini keçirməyə icazə verən lisenziya alıb. Xatırladaq ki, son illərdə Formula 1 Rusiya Qran-Prisi Soçidə keçirilir. |
|
Xəbər 450 dəfə oxundu. |
|
|