David Alaba yeddinci dəfə Avstriyada ilin futbolçusu seçilib | |
Almaniyanın “Bavariya” klubunun müdafiəçisi David Alaba Avstriyada 2020-ci ilin futbolçusu seçilib. 28 yaşlı müdafiəçi səsvermədə Marsel Zabitzer (“Leyptsiq”) və Dominik Sobotslaini (“Zalsburq”) qabaqlayıb. Qeyd edək ki, Alaba sözügedən mükafatı karyerasında 7-ci dəfə əldə edib. Oyunçu bu göstərici ilə rekorda imza atıb. |
|
Xəbər 347 dəfə oxundu. |
|
|