“Neftçi”nin futbolçusu Namiq Ələsgərov ölkə çempionatında 150-ci matçını keçirib | |
Azərbaycan Premyer Liqasının XII turu “Neftçi”nin futbolçusu Namiq Ələsgərov üçün yubileylə əlamətdar olub. Yarımmüdafiəçi ölkə çempionatında 150-ci matçını keçirib. Yubiley “Sabah”la səfər qarşılaşmasında (2:0) gerçəkləşib. Ölkə çempionatında 2011/2012-ci il mövsümündə debüt edən futbolçu yubileyində dubla imza atmaqla qol sayını 24-ə çatdırıb. O, 4 klubun formasını geyinib. “Bakı”da 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 91 (18 qol) oyun keçirib. |
|
Xəbər 446 dəfə oxundu. |
|
|