“Zirə” klubu daha bir futbolçu ilə yollarını ayırıb
Bakının “Zirə” klubu futbolçusu Rəşad Eyyubovla yollarını ayırıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qəsəbə təmsilçisi Eyyubovu cari mövsümün əvvəlində heyətinə qatmışdı.

Qeyd edək ki, “Zirə” daha əvvəl braziliyalı hücumçu Kaio Rangel da Silva və məşqçi Borçe Xristovla vidalaşıb.

Xəbər 580 dəfə oxundu.