“Qarabağ”ın legioneri Türkiyə klubuna keçə bilər
“Qarabağ”ın daha bir legioneri Türkiyə klublarının maraq dairəsinə düşüb. Söhbət qanalı yarımmüdafiəçi Ovusu Kvabenadan gedir.

Türkiyə Superliqasının debütantı olan “Fatih Karagümrük” klubu 23 yaşlı futbolçunu transfer etmək istəyir. Xüsusilə də “Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki “Sivasspor”la oyunundan sonra Kvabenanı bəyənən klub rəsmiləri qış fasiləsində Ağdam klubu ilə danışıqlara başlamaq fikrindədir.

Qeyd edək ki, bir müddət əvvəl Superliqanın digər klubu olan “Hatayspor”un “Qarabağ”ın digər aparıcı üzvü Abdulla Zubirlə maraqlandığı barədə xəbərlər yayılmışdı.

Xəbər 456 dəfə oxundu.