Kamran Ağayev hələ də məşqlərə qatılmır
Bakının “Səbail” futbol klubunun üzvü olan milli komandamızın sabiq qapıçısı Kamran Ağayev hələ də məşqlərə qatıla bilmir.

Səbəb təcrübəli qolkiperin koronavirusa yoluxmasıdır. Üstəlik K.Ağayevin atasının da virusdan əziyyət çəkməsi onun məşqlərə qatılmasına mane olur.

Futbolçu özü bildirib ki, müalicəsini yaxın vaxtlarda başa vurub “Səbail”in məşqlərinə qatılmalıdır.

Qeyd edək ki, futbolçu ilə bərabər test nəticələri pozitiv çıxmış “Səbail”in digər oyunçuları artıq müalicələri başa vuraraq hazırlıqda iştirak edirlər.

Xəbər 376 dəfə oxundu.