Luis Hamilton Formula 1 Əbu-Dabi Qran-Prisində çıxış edəcək
“Mercedes” komandası Luis Hamiltonun koronavirusa qarşı bir neçə dəfə verdiyi test cavablarının nəticəsinin mənfi olduğunu açıqlayıb.

Artıq Beynəlxalq Avtomobil Federasiyası (FIA) britaniyalı pilotun yarışlarda iştirakına icazə verib. O, bu həftəsonu Əbu-Dabidəki Qran-Pridə iştirak edəcək.

Komandanın mətbuat xidmətinin açıqlamasında bildirilir ki, "Mercedes” L.Hamiltonun qarşıdakı mərhələdə iştirakından məmnundur. Karantin müddəti bitdikdən sonra pilot artıq yarışların keçirildiyi şəhərə gəlib. Daha bir koronavirus testindən keçən idmançının budəfəki cavabı da mənfi olub.

Xəbər 496 dəfə oxundu.