Azərbaycana qarşı döyüşmüş erməni idmançılarla bağlı məlumat beynəlxalq qurumlara göndərilib
AİJF Azərbaycana qarşı vuruşmuş erməni idmançılarla bağlı məlumat toplayaraq, dünya idman jurnalistləri təşkilatı - AİPS-ə, AİPS Avropaya və UEFA-ya göndərib.

Məlumatda həmçinin ölkəmizə qarşı terror və separatçı çağırışlar etmiş erməni əsilli idmançılar da yer alıb.

Azərbaycan ərazilərində döyüşlərdə iştirak etmiş (onlardan 22 nəfəri məhv edilib) erməni idmançıların siyahısı:

1. Miqran Arutyunyan – MMA idmançı;
2. Arsen Arutyunyan – sərbəst güləşçi;
3. Tiqran Armenekyan – boks üzrə yeniyetmələrdən ibarət milli yığma komandanın məşqçisi;
4. Qeqam Torqonyan – yunan-Roma güləşçisi;
5. Qaqik Sarkisyan – Ermənistan Dövlət Bədən Tərbiyəsi institutunun prorektoru;
6. Edqar Manuçuryan – Ermənistanın “Pünik” futbol klubunun futbolçusu;
7. Eduard vartanyan – MMA idmançısı;
8. Jirayr Sarkisyan – Boks üzrə Ermənistan çempionu, Avropa oyunlarının iştirakçısı;
9. Henry Avagyan – Ermənistanın “Van” futbol klubunun futbolçusu;
10. Davit Arutunyan – sərbəst güləşçi;
11. Davit Ovannisyan – sərbəst güləşçi.
12. Aren Çatinyan – ağır atletika üzrə idmançı, hərbi əməliyyatlar zamanı məhv edilib;
13. Liparit Daştoyan – Ermənistanın “Alaşkert” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
14. Tatul Arutyunyan – triatlonçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
15. Sevak Serobyan – Ermənistan Kyokuşinkaykan Karate Federasiyasının prezidenti, hərbi əməliyyatlar zamanı məhv edilib;
16. Vardan Kirokosyan – Ermənistan Kyokşinkaykan Karate Federasiyasının vitse-prezidenti, hərbi əməliyyatlar zamanı məhv edilib;
17. Ayk Saakyan – basketbolçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
18. Tiqran Mikoyan – basketbolçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
19. Erik Saryan – Ermənistanın “Lokomotiv” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
20. Albert Qazaryan - MMA üzrə idmançı, hərbi əməliyyatlar zamanı məhv edilib;
21. Badal Qevirkoviç Safaryan – Ermənistanda aykido və cüdo üzrə idman ustası, “İnsanı necə daha tez öldürmək olar?” proqramı üzrə təlimçi, hərbi əməliyyatlar zamanı məhv edilib;
22. Qore Sarkisyan – cüdoçu, hərbi əməliyyatlar zamanı məhv edilib;
23. Albert Dadoyan – ağırlıqqaldırma üzrə Avropa çempionu, hərbi əməliyyatlar zamanı məhv edilib;
24. Gagik Abrahamyan – Ermənistanın “Pünik” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
25. Qarik Arjikyan – ciu-citsu üzrə idmançı, hərbi əməliyyatlar zamanı məhv edilib;
26. Henrik Hokobyan – Ermənistan milli su polosu komandasının üzvü, hərbi əməliyyatlar zamanı məhv edilib;
27. İşxan Qriqoryan – Ermənistanın “Şirak” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
28. Davit Mosoyan – Ermənistanın “Lorik” klubunun futzalçısı, hərbi əməliyyatlar zamanı məhv edilib;
29. Aşot Xaçatryan – Ermənistanın “Nairi” komandasının basketbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
30. Davit babayan – Ermənistanın “Banants-2” futbol klubunun futbolçusu, hərbi əməliyyatlar zamanı məhv edilib;
31. Eduard Maranjyan – ağır atletika, hərbi əməliyyatlar zamanı məhv edilib;
32. Azat Alayan – karateçi, hərbi əməliyyatlar zamanı məhv edilib;
33. Szak Mnatsakanyan – Ermənistan milli döyüş sənəti federasiyasının prezidenti-məşqçisi, hərbi əməliyyatlar zamanı məhv edilib;

“Artsax” təbliğatı aparan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən erməni əsilli idmançılar

1. Slavik Ayrapetyan – Ermənistanın fiqurli konkisürmə üzrə ikiqat çempionu özünün “Facebook” səhifəsində Ermənistan və “Artsax” Respublikalarının bayraqlarını əks etdirən konkilərin fotosunu paylaşıb;
2. Levan Aronyan – şahmatçı, Yerevanda “Mat terror” adlı xeyriyyə tədbiri keçirərək əldə olunan maddi gəliri “Artsax” ordusunun hesabına köçürüb;
3. Sargis Adamyan – Almaniyanın “Hoffenhaym” futbol klubunun futbolçusu. UEFA Avropa liqasında “Slovan”ın qapısına vurduğu qollardan sonra “Qollarımı Artsaxda vətənimiz uğrunda mübarizə aparan qardaşlarıma hədiyyə edirəm” - deyə qeyd paylaşıb;
4. Erik Bazinyan – erməni əsilli kanadalı boksçu orduya rabitə sistemi bağışlayıb, bu barədə özünə məxsus “facebook” səhifəsində paylaşım edib;
5. Artur Abraham – boksçu, sosial şəbəkələrdə ictimaiyyəti “Artsaxı” tanımağa çağırıb, “Məni tanıyırsız? Artsaxı tanıyın, Mən Artsaxam” mətnini paylaşıb;
6. Artur Aleksanyan – yunan-roma güləşçisi, sosial şəbəkələrdə ictimaiyyəti “Artsaxı” tanımağa çağırıb;
7. Henrik Mxitaryan – “Roma” futbol klubunun futbolçusu, sosial şəbəkələrdə ictimaiyyəti “Artsaxı” tanımağa çağırıb, “Məni tanıyırsız? Artsaxı tanıyın, Mən Artsaxam” mətnini paylaşıb;
8. Aras Özbilis – futbolçu, arxasında “Artsax stronq” yazılmış formasını hərraca çıxarıb və əldə olunan gəliri ümumerməni fonduna köçürüb.

Xəbər 788 dəfə oxundu.