“Kəpəz” klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb | |
AFFA-nın İntizam Komitəsi Gəncənin “Kəpəz” futbol klubunun baş məşqçisi Yaşar Vahabzadəni 5 oyunluq cəzalandırıb. Komitənin keçirilən iclasında bu barədə qərar verilib. Baş məşqçi Birinci divizionun yeddinci turunda “Turan Tovuz”la oyunda (2:3) hakimi təhqir etdiyi üçün bu cəzaya məruz qalıb. Gəncə təmsilçisi buna görə 400 manat cərimə olunub. |
|
Xəbər 440 dəfə oxundu. |
|
|