“Keşlə” klubu özbəkistanlı hücumçu ilə yollarını ayırıb
Son günlər “Keşlə” futbol klubunu tərk edən legionerlərin sayı artır.

Daha bir əcnəbi oyunçu komandanı tərk edib. Söhbət özbəkistanlı hücumçu Şahruh Qadoyevdən gedir.

Futbolçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub.

Qeyd edək ki, daha əvvəl “Keşlə”ni braziliyalı futbolçular Alvaro Tavarfeş və Artur Batista da tərk etmişdi.

Xəbər 466 dəfə oxundu.