Gələn il bədii gimnastika üzrə Avropa çempionatına Bolqarıstan ev sahibliyi edəcək | |
Gələn il bədii gimnastika üzrə Avropa çempionatı Bolqarıstanda təşkil olunacaq. Qitə birinciliyi iyunun 9-13-də Varna şəhərində keçiriləcək. Lisenziya xarakterli çempionatda birinci olan gimnastlar "Tokio-2020" Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar. Qeyd edək ki, ötən həftə Kiyevdə təşkil olunan qitə birinciliyində Azərbaycan milli komandası 3 medal qazanıb. Komandamız qrup hərəkətlər üzrə çoxnövçülükdə gümüş, 3 halqa və 2 gürzlə hərəkətlərdə isə bürünc medal əldə edib. Bundan başqa, Azərbaycan millisi komanda hesabında bürünc medala sahib olub. |
|
Xəbər 426 dəfə oxundu. |
|
|