“Neftçi”nin sabiq prezidenti “Başakşehir”–“Leyptsiq” oyununa təyinat alıb | |
Bakının “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb. O, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Başakşehir” (Türkiyə) – “Leyptsiq” (Almaniya) matçında UEFA nümayəndəsi olacaq. Qeyd edək ki, dekabrın 2-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. |
|
Xəbər 449 dəfə oxundu. |
|
|